Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli küçəsi, ev 97 ünvanında baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov yaşadığı mənzildə dəm qazından zəhərlənmə diaqnozu ilə dərhal xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində ona zəruri ilkin yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, X.Məmmədov təxminən bir ay əvvəl də eyni diaqnozla xəstəxanaya müraciət edib.
