Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən məlumata görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

15:10 - 21 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin