Gəncədə partlayış: xəsarət alan var

 Gəncədə partlayış: xəsarət alan var

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

Asayis.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

14:14 - 21 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin