Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək

 Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək

Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi 20 - 30 mart 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, bu müddət ərzində təcili və təxirəsalınmaz konsulluq məsələləri ilə bağlı +37167142892 qaynar xətti ilə əlaqə saxlanılması xahiş olunur.

21:44 - 19 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin