Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.
Asayis.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Firdovsi Əliyev müvafiq əmr imzalayıb.
Məlumata görə, Elmar Qarayev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
