Bayram günlərində ASAN Xidmət işləyəcək?

 Bayram günlərində ASAN Xidmət işləyəcək?

Ramazan və Novruz bayramları ilə əlaqədar martın 20-29-da ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Asayis.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

12:52 - 18 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin