Xaçmazda maşın piyadanı vuraraq öldürüb

 Xaçmazda maşın piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Asayis.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu keçən Almazov Tofiq Hacıbala oğlunu hərəkətdə olan "VAZ-2107" markalı minlik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

09:44 - 18 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin