Bakıda 57 yaşlı qadın dəm qazından öldü

 Bakıda 57 yaşlı qadın dəm qazından öldü

Bakıda qadın dəm qazından boğulub.

Asayis.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini 1969-cu il təvəllüdlü Yeganə Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

15:52 - 17 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin