Ağcabədidə ağır qəza: 4 nəfər yaralandı

 Ağcabədidə ağır qəza: 4 nəfər yaralandı

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.

Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ 2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

11:46 - 15 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin