Bakıda kişi dərmandan zəhərləndi, infarktdan öldü

 Bakıda kişi dərmandan zəhərləndi, infarktdan öldü

Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanada ölüb.

Asayis.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib.

Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:32 - 9 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin