Paytaxtın Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzədə küçəsində su xəttində qəza qeydə alınıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi (ADSEA) Asayis.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza səhər saatlarında olub.
“Əraziyə dərhal briqada cəlb edilib, su xəttində axıntı aradan qaldırılıb, təmir işləri görülərək xətt bərpa edilib”, - qurumdan qeyd edilib.
