Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı

 Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı

"Bakı Metropoliteni" QSC-nin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.

QSC-dən Asayis.az-a bildirilib ki, burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.

Odur ki, martın 4-dən “Bakmil” stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində “Nərimanov– Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.

Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

21:32 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin