İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?

 İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

Axar.aaz xəbər verir ki, təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

18:02 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin