Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

 Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası 2026-cı ildə də uğurla davam edir.

Asayis.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digərləri istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurub.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

17:14 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin