Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir

 Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir

Ombudsman özünə daha iki səlahiyyət verilməsini istəyir.

Asayis.az APA-ya istinadən xəbər verir ki, bu, ombudsman Səbinə Əliyevanın bu gün parlamentə təqdim etdiyi Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə əksini tapıb.

Ombudsman ona aşağıdakı səlahiyyətlərin verilməsini vacib sayır:

- Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı həmin Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi;

- cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə, habelə Ombudsmanın vəsatəti əsasında baxılmasına dair Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliyin edilməsi.

12:52 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin