Hərbçilərimiz qəzaya düşdü: ölən var

 Hərbçilərimiz qəzaya düşdü: ölən var

Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

12:28 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin