Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Asayis.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarnın kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.
Məlumata görə, N.Əliyev C.Hüseynovun qaynıdır. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
