Fox News: "Xamnei öldürülüb" 

 Fox News:

Fox News: "Xamnei öldürülüb" 

ABŞ-nin Fox News telekanalı İsrailin İrana endirdiyi son aviazərbələr fonunda sensasion məlumat yayıb.

Musavat.com xəbər verir ki, telekanalın efirində səsləndirilən iddiaya görə, İranın ali dini lideri Əli Xamenei İsrailin həyata keçirdiyi hava hücumları zamanı həlak olub.

Məlumata əsasən, zərbə İran ərazisində yüksək təhlükəsizliklə qorunan obyektlərdən birinə endirilib. İddia olunur ki, hücum nəticəsində yüksək səviyyəli şəxslər arasında ciddi itkilər var.

Hazırda Tehran tərəfindən rəsmi təsdiq və ya təkzib verilməyib. İranın dövlət mediası məsələ ilə bağlı susqunluğunu qoruyur.
İsrail rəhbərliyi də İranın ali dini liderinin öldürüldüyünü israrla iddia edir.

00:35 - 1 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin