Yük nəqliyyat vasitələrinin İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.
Asayis.az xəbər verir ki, bu barədə Reporta-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir.
"Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
