Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi

 Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi

Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Asayis.az xəbər verir ki, bu sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.

"Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin", - deyə sərəncamda qeyd olunub.

Rusiyanın Baş naziri başqa bir sərəncamla, xidmət müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.

01:06 - 28 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin