Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.
Asayis.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatında deyilir.
Bildirilib ki, güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşıb:
“Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”.
