Zaqatala şəhərində yerləşən "Zaqatala" otelinin fəaliyyəti qismən məhdudlaşdırılıb.
Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Zaqatala şəhərində yerləşən "Zaqatala" otelində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Həmin mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.
