Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı

 Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı

Gürcüstan polisi Batumidə iki əcnəbi vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edərək saxlayıb.

Asayis.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşıdır.

Həmin şəxslərin şəxsi əşyaları və müvəqqəti yaşayış yerlərində aparılan axtarışlar zamanı külli miqdarda heroin aşkar edilib.

Bildirilib ki, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdırıb və sonradan satış üçün Batumidə müxtəlif yerlərdə gizlədiblər.

17:34 - 27 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin