Daha bir avtobus yenilənir: Gediş haqqı...

 Daha bir avtobus yenilənir: Gediş haqqı...

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Asayis.az AYNA-ya istinadən xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək.

13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Gediş haqqı 0,50 AZN müəyyən edilib.

17:26 - 27 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin