Leyla Əliyeva Vətən müharibəsi qazisi ilə görüşdü - Foto

 Leyla Əliyeva Vətən müharibəsi qazisi ilə görüşdü - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb

Asayis.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Xatırladaq ki, Rəvan Qabil oğlu Əzizov 2002-ci iyunun 16-da Sumqayıt şəhərində doğulub. 2020-ci il iyul ayının 9-da Sumqayıt şəhər hərbi komisarlığından həqiqi xidmətə yola salınıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibənin ilk günündən döyüşlərə qatılaraq qəhrəmancasına vuruşub. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanıb. Prezident İlham Əliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə və cəbhədə göstərdiyi şücaətə görə Əzizov Rəvan Qabil oğlunu "Vətən uğrunda", "Cəsur döyüşcü" medalları ilə təltif edib.

19:14 - 26 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin