Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...

 Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Asayis.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.

Kişi sakin: 35 ildir gözləyirdik.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Şəhər tərəfdə.

Prezident İlham Əliyev: Bakıda?

Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.

Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Ağcabədidə.

Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.

Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?

Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.

Prezident İlham Əliyev: Orada şərait necə idi?

Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.

Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.

Prezident İlham Əliyev: Əlbəttə.

Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.

Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.

Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!

Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.t

23:50 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin