Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi

 Zakir Həsənov polkovniki vəzifəsindən azad etdi

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

Asayis.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.

15:42 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin