"Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı

"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.

Asayis.az Unikal.az-a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktoru Pərviz Dosməmməd oğlu Qorçuyevdir.

14:30 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin