Ağalı "Model Kəndlər Şəbəkəsinə" daxil edildi - Foto

 Ağalı

Zəngilanın Ağalı kəndi Birləşmiş Millətlər Təşkilatının "Qida və Kənd təsərrüfatı Təşkilatı" (UN, FAO) tərəfindən təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə "Model Kəndlər Şəbəkəsinə" daxil edilib.

Asayis.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

10:10 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin