Gəncədə xəstəxanada körpə öldü

 Gəncədə xəstəxanada körpə öldü

Gəncə şəhərində körpə ölümü qeydə alınıb

TƏBİB-dən bildirilib ki, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Belə ki, ona dəqiqləşdirilməmiş sepsis və ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

12:48 - 22 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin