Şamaxıda zəlzələ oldu

 Şamaxıda zəlzələ oldu

Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.

10:10 - 22 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin