Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı

 Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı

“Olimar” şirkəti ilə Adnan Əhmədzadənin digər biznes müəssisələri arasında əlaqənin olması və Rusiya xam neftinin daşınmasının həyata keçirilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.

Bunu müsahibəsində “Olimar” şirkətinin baş direktoru Yusif Məmmədov deyib.

O, sözügedən iddiaların yalan olduğunu və heç bir fakta əsaslanmadığını bildirib:

“Biz Rusiya neftinin ixracı ilə məşğul olmamışıq. Bu iddialar heç bir səlahiyyətli qurumun məlumatı və fakta əsaslanmayan müəyyən nəşrlər tərəfindən yayılır. Biz etibarsız nəşrlərin yaydığı məlumatlar fonunda şüurlu şəkildə ictimai müzakirələrdən çəkinirik və işgüzar nüfuzumuzu qanuni çərçivədə qorumaq hüququmuzu özümüzdə saxlayırıq”.

16:48 - 21 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin