Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı

 Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hunday" markalı avtomobili qaçırmaqda şüphəli bilinən şəxs saxlanılıb.

Bu bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

16:12 - 21 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin