Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

 Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.

14:48 - 21 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin