Bakıda oteldə ölüm hadisəsi olub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində qeydə alınıb.
Ağstafa rayon sakini 29 yaşlı Adil Nadir oğlu Hümbətov buradakı otellərdən birində ölüb. Onun infarktdan dünyasını dəyişdiyi bildirilir.
