Rusiyanın Krasnodar şəhərində “TK-Proqres” şirkətinin erməni baş direktoru Suren Qriqoryan saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, o, Krasnodar Ali Hərbi Məktəbinin kursantları üçün yataqxananın təmiri zamanı Müdafiə Nazirliyindən 7,2 milyon rubldan çox pul mənimsəməkdə şübhəli bilinir.
Qriqoryan pulu alıb, amma işi başa çatdırmayıb.