Naxçıvanda itkin düşən əsgərin nəşi tapıldı

 Naxçıvanda itkin düşən əsgərin nəşi tapıldı

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.

14:37 - 11 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin