Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşü başlayıb.
Asayis.az oxu.az-a istinadən xəbər verir ki, Şarl Mişel bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş də planlaşdırılıb. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb. Bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu ilin mayın 14-də baş tutub.
VİDEO