Kürün dağıtdığı körpü bərpa edildi - Foto

 Kürün dağıtdığı körpü bərpa edildi - Foto

Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.

Asayis.az Report-a istinadla xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb.

Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı.

Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.

09:48 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin