Prokuror Saleh Səmədova 9 il həbs istədi

 Prokuror Saleh Səmədova 9 il həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.

Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 7 oktyabr saat 11:45-ə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

14:46 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin