Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsində bir qrup sakin yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir. Söhbət Binəqədi şosesi, 2-ci döngə yolu, 314 nömrəli məktəbin arxasındakı yoldan gedir. Asayis.AZ xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması nə böyüklərin gündəlik işə gedib-gəlməsinə, nə də azyaşlıların məktəbə rahat yollanmasına imkan verir.
Acınacaqlı yolun təmiri ilə bağlı nə Binədəqi rayon İcra Hakimiyyəti, nə də Biləcəri Bələdiyyəsi heç bir tədbir görmür.