Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb

 Əsəb sistemi xəstəlikləri üzrə ilk 5 rayonun adı açıqlanıb

Azərbaycanda 2024-cü ildə əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üzrə ilk dəfə qoyulan diaqnozların sayı rayonlar arasında ən çox Şəmkirdə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Şəmkirdə bu kateqoriya üzrə 21 329 yeni diaqnoz qeydə alınıb.

Şəki rayonu 15 893 göstərici ilə ikinci, Tovuz rayonu isə 8 478 göstərici ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşlikdə Şamaxı (2 108) və Ağdam (1 954) rayonları da yer alıb.

Beləliklə, ilk beş rayonda ümumilikdə 49 762 yeni diaqnoz qeydə alınıb.

12:07 - 8 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin