Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M (ad şərtidir) həbs olunub.
Asayis.az Xitab24.az-a istinadlla xəbər verir ki, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN tələb edib.
Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına 1 manat ödəniş edib.
Təqsirləndirilən şəxsin saxta profildən istifadə etdiyini başa düşən qadın, onun əsl adını öyrəndikdən sonra polisə şikayət edib.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan Y.M-nin işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaj edərək 1 manat əldə edən təqsirləndirilən şəxs, 3 il müddətinə azadlıqdan məhrum edilib.
