Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dəmir Yolları QSC (ADY) 14 milyon tona yaxın yük daşıyıb.
Bu barədə Asayis.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Hesabat dövründə tranzit daşımaları 15% artaraq 5,7 milyon tona çatıb.
Tranzit yükdaşımalarda "Şərq-Qərb" dəhlizi üzrə 20%, Şimal-Cənub istiqaməti üzrə isə 26% artım qeydə alınıb.
Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29%, tranzit daşımalar isə 37% artıb.
