Bakıda silahlı insident baş verib.
Asayis.az Unikal-a istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər baş nahiyəsindən güllə yarası alıb.
Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, güllə yarası alan şəxs yüksəkrütbəlidir. İnsident şəxsi münasibətlər zəmnində baş verib.
Hadisənin təfərrüatı araşdırılır.
Əlavə məlumat veriləcək.
