Qəzənfər Abdullayev daha bir vəzifəsini itirdi

 Qəzənfər Abdullayev daha bir vəzifəsini itirdi

Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Asayis.az xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və qurum sədrinin vəzifəsindən azad olunması məsələsinə baxılıb.

Qərara əsasən, Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunanadək bu vəzifə müavin Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, daha əvvəl Q.Abdullayevin deputat mandatı da ləğv edilib.

13:36 - 7 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin