Palçıqlı yolun əsarətində qalan Biləcəri sakinləri - FOTO

 Palçıqlı yolun əsarətində qalan Biləcəri sakinləri - FOTO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsində bir qrup sakin yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir. Söhbət Binəqədi şosesi, 2-ci döngə yolu, 314 nömrəli məktəbin arxasındakı yoldan gedir. Asayis.AZ xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması nə böyüklərin gündəlik işə gedib-gəlməsinə, nə də azyaşlıların məktəbə rahat yollanmasına imkan verir.

Acınacaqlı yolun təmiri ilə bağlı nə Binədəqi rayon İcra Hakimiyyəti, nə də Biləcəri Bələdiyyəsi heç bir tədbir görmür.

16:38 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin