Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10-11 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Bu barədə Asayis.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

12:50 - 7 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin