Rusiyada "Kraken"ə ilk yoluxma qeydə alındı

 Rusiyada

Rusiyada koronavirus (COVİD-19) infeksiyasının “Kraken” ştamına yoluxma qeydə alınıb. Asayis.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) bildirib.

Sözügedən ştama yoluxma Penza vilayətində qeydə alınıb.

Qeyd edək ki, "Kraken" variantı burun axması, şiddətli öskürək, baş ağrısı, yorğunluq və əzələ ağrısı kimi simptomlarla özünü büruzə verir.

15:10 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin