Bakının bu rayonunda yaşayış binası) sökülür (FOTO

 Bakının bu rayonunda yaşayış binası) sökülür (FOTO

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Asayis.az-ın əldə etdiyi məlumata görə, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binasıdır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərin Asayis.az-a verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə hündürmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənili

12:34 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin